.
.

Posts Tagged ‘Uşaq Şeirləri’

Babam



Atam,anam,qardaş-bacım bir yana ,
Babam kimi baba olmaz dünyada.
Amandı,qoymayın göz dəyər ona
Babam kimi baba olmaz dünyada.

Qardaşları çox istəyir xətrini,
Qoymayın qırsınlar gülün çətrini.
Ailəmiz də ondan alır ətrini,
Babam kimi baba olmaz dünyada.

Məhəbbət yolunda gül-çiçək əkib,
Suyunu bənd edib, arxini çəkib,
Ürəyindən qəlbimizə yol çəkib,
Babam kimi baba olmaz dünyada.

Qızım



İstərəm həyatın növbahar olsun,
Yaşam yollarında uğurlar olsun.
Bir xöşbəxt gələcək nəsibin olsun,
Qızımın ad günü mübarək olsun!

Həmişə yanında sevənlər olsun,
Tanrının nəzəri üstündə olsun.
Sağlamlıq tanrıdan sənə pay olsun,
Qızımın ad günü mübarək olsun!!!

Nə yaxşı uşaqlar yaddan çıxmayıb



Dünya çox sevinir çünki biz varıq
Biz onu anırıq.xatırlayırıq,
Ey dünya səninlə nəfəs alırıq
Nə yaxşı uşaqlar yaddan çıxmayıb

Varın da yoxun da bizik hər zaman
Haranı istəsən gəzib sən dolan
Tapmazsan uşaqdan azad bir insan
Nə yaxşı uşaqlar yaddan çıxmayıb

Mən də uşaq idim indi bir gəncəm
Dünyanı sevmişəm hey sevəcəyəm
Tək 1 iyunda yox hey deyəcəyəm
Nə yaxşı uşaqlar yaddan çıxmayıb

Xoruz

Dimdiyini dimdik tutub gəzirsən,
Elə bil ki, ya vəkilsən, vəzirsən,
Alabəzək quyruğundur yelpiyin,
Qan kimidir qıpqırmızı pipiyin,
Bıçaq kimi itilənib caynağın,
Savaş vaxtı bir ülgücdür dırnağın,
Gözlərinin rəngidir göy qurşağı,
Cücələrin sənin oğul-uşağın,
Lələklərin gözəl hüsnünü bəzər,
Hünərin, mərdliyin dillərdə gəzər,
Səhərlər obaşdan banlarsan aydın,
Sabah açılmazdı sən olmasaydın.

Məktəb

Sevinirdi uşaqlar
Gələn zaman məktəbə
Əlifbanı onlar
Sevinərək açdılar
Bir-bir saitləri, samiti öyrəndilər
Hərflərin dilini
Riyaziyyat elmini
Lap dərindən bildilər
Müəllimə çalışdı
Neçə il onlar üçün
Uşaqlarsa çalışdı yaxşı oxumaq üçün
Zirvəyə qalxmaq üçün

Anamın ad günü

Anamın ad günüdü
Hədiyyə alım gərək
Amma heç yoxdur pulum?!
Nənəmə deyəm gərək.
Gedib dedim nənəmə:
Nənə,nənə,can nənə
Tez pul ver,görüm mənə!
Nənəm dedi:
Ay bala de,
Görüm bir sən mənə.
Nəyinə gərəkdi pul?
Balacasan sən hələ!
Dedim:
Ay dili bal nənəm,
Söhbəti şəkər nənəm
Anamın ad günüdür
Hədiyyə alam gərək
Nənəm çox fikirləşdi
Dedi:
Ay üzü göyçək balam
Ürəyi çiçək balam
Dünyanın ən böyük
Supermarketlərini
Gəzib,dolansan belə
Tapmazsan özün kimi
Sən bahalı hədiyyə.